Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şirvan şəhərində vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şirvan şəhərində vətəndaşları qəbul edəcək
# 26 avqust 2014 09:25 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda yalnız Şirvan, Salyan, Neftçala və Biləsuvar rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbulda iştirak etmək istəyən vətəndaşların qeydiyyatı Bəhruz Aslanov adına 16 nömrəli tam orta məktəbin binasında (ünvan: Şirvan şəhəri, Tofiq İsmayılov küçəsi, 15) 27 avqust 2014-cü il tarixində saat 09:00-dan başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR