Gənc Tamaşaçılar Teatrında məktəblilər üçün tamaşa nümayiş olunub

Gənc Tamaşaçılar Teatrında məktəblilər üçün tamaşa nümayiş olunub
# 10 aprel 2015 12:06 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bakı şəhəri Yasamal rayonu 53 saylı tam orta, Xətai rayonu 171 saylı orta və Nizami rayonu 328 saylı məktəblərinin müəllim və şagird kollektivi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Sarıköynəklə Valehin nağılı” tamaşasına baxıb. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 100 illik yubileyi münasibətilə hazırlanan tamaşanın nümayişindən sonra tamaşaçılar aktyorlara suallarını ünvanlayıblar.

Quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanov olan tamaşanın quruluşçu rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı Cəmalə Nəsirovadır. Tamaşada əsas rolları aktyorlar Günel Məmmədova (Sarıköynək), Elnur Kərimov (Valeh), xalq artistləri Tariyel Qasımov (Muradzadə), Yasin Qarayev (Baləmi), əməkdar artistlər Naibə Allahverdiyeva (Simuzər), Lətifə Əliyeva (Güllübəyim), Qəmər Məmmədova (Ceyran) və başqaları ifa ediblər.

Mətbuat xidmətindən bildiriblər ki, yaxın günlərdə teatrda Xəzər rayonunda fəaliyyət göstərən bir sıra məktəblərlə görüşlərin keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR