Tailand Türkiyədəki səfirliyini bağlayıb

Tailand Türkiyədəki səfirliyini bağlayıb
# 10 iyul 2015 11:23 (UTC +04:00)

Bakı. Faiq Mahmudov – APA. Tailand Türkiyədəki səfirliyini qeyri-müəyyən müddətə bağlayıb.

APA-nın xəbərinə görə, həmçinin Tailandın İstanbuldakı konsulluğu da fəaliyyətini müvəqqəti dayandırıb.

Buna səbəb uyğur diasopor üzvlərinin Tailandın İstanbuldakı konsulluğuna hücum etməsi olub.

Xatırladaq ki, iyunun 9-u gecə saatlarında Tailandın Türkiyənin İstanbul şəhərindəki konsulluğu hücuma məruz qalıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Konsulluğa hücum edənlər “Şərqi Türkistan Dərnəyi” təşkilatının üzvləridir.

Etiraz aksiyası Çinin qeyri-qanuni yolla Tailand ərazisinə keçmiş 97 etnik uyğur türkünün deportasiya ediləcəyi barədə bəyanatından sonra baş qaldırıb. Aksiya iştiakçıları Tailandın uyğurları Çinə verməsinə etiraz ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR