“Expressbank” “Smile Card”la uşaqları sevindirir

“Expressbank” “Smile Card”la uşaqları sevindirir
# 01 iyun 2015 07:21 (UTC +04:00)

Bakı. APA-Economics. “Expressbank”ın “SmileCard” taksit kartı ilə müxtəlif uşaq əyləncə mərkəzlərində, mağazalarda və digər yerlərdə alış-veriş edib, xərclənən məbləği 6 və ya 12 aya ödəmək olar.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “SmileCard” ilə tərəfdaşlıq edən ticarət/xidmət mərkəzlərində bonuslar, endirimlər və digər imkanlar əldə etmək mümkündür. Tərəfdaşların yenilənmiş siyahısı ilə saytda tanış ola bilərsiniz – http://www.expressbank.az/domains/express/assets/file/Terefdash_25.05.2015.pdf .

Müştərilər gəlirləri təsdiq edən sənəd əsasında verilən kartı “Expressbank” filiallarında dərhal əldə edə bilərlər. “Gülə-gülə xərcləyib, xırda-xırda ödəyin” şüarı ilə bazara təqdim edilən kredit kartı, müştərilərə pulsuz verilir və 5 il müddətində istifadə oluna bilər.

Məhsulun şərtlərinə görə müştəri kartdan istifadə etdiyi zaman (pulu nağdlaşdırarkən, internetdə onlayn alış-veriş edərkən, nağdsız ödəniş həyata keçirərkən) xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür. Bu zaman bank komissiyası müvafiq olaraq 6% və ya 12% təşkil edir, ilik faiz dərəcəsi isə 0%-dir. Qeyd edək ki, ay ərzində ödənilən məbləğ kartda bərpa olunur və təkrar istifadə oluna bilər. SMS məlumatlandırma xidməti pulsuzdur.

“Expressbank”ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 6500-dək POS-terminal və 200-dək “ExpressPay” ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR