Bank Of Baku

Şahin Mahmudzadə: Azərbaycanda kredit götürənlər üçün işsizlikdən sığorta məcburi olacaq

Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə

© APA | Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə

# 15 oktyabr 2026 11:39 (UTC +04:00)

Azərbaycanda banklardan kredit götürən şəxslər üçün işsizlikdən sığortanın məcburi tətbiqi nəzərdə tutulur.

“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankında (AMB) 2026-cı ilin birinci yarısının yekunlarına dair Maliyyə Sabitliyi Hesabatının təqdimatında Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə bildirilib.

Qeyd olunub ki, bununla bağlı normativ dəyişikliklər hazırlanır və banklara kreditlər üzrə işsizlikdən sığortanın məcburi tətbiqi ilə bağlı tələblərin müəyyənləşdirilməsi planlaşdırılır.

Bildirilib ki, əsas məqsəd iş yerini itirən borcalanların kredit öhdəliklərini yerinə yetirməsinə dəstək göstərmək və bankların kredit risklərini azaltmaqdır.

Yeni mexanizm çərçivəsində işsizliyin müxtəlif səbəbləri ilə bağlı sığorta təminatının nəzərdə tutulduğu qeyd edilib.

Bu tədbirlərin bank sektorunda problemli kreditlərin artım riskinin azaldılmasına xidmət edəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR