“Statoil” şirkəti Bakı Ali Neft Məktəbinin tələbələri üçün təqdimat keçirib

“Statoil” şirkəti Bakı Ali Neft Məktəbinin tələbələri üçün təqdimat keçirib
# 26 aprel 2013 09:39 (UTC +04:00)

Bakı – APA-Economics. Bakı Ali Neft Məktəbinin (BANM) akt zalında Norveçin “Statoil” şirkətinin Sualtı Hasilat Sistemləri bölümünün sualtı texnologiyalar və əməliyyatlar üzrə mühəndisi Şahin İsmayılov tərəfindən tələbələr üçün ingilis dilində təqdimat keçirilib.

BANM-dən “APA-Economics”ə verilən məlumata görə, məruzəçi 30 illik neft tarixi olan “Statoil” şirkətinin yaranma və inkişaf tarixi, şirkətin sualtı hasilat sistemləri, sualtı qurğuların birləşmə konsepsiyaları: fasiləsiz hasilatın təmin olunması sahəsində təcrübə, sualtı qurğuların platformalara və sahilə birləşməsi, sualtı fəaliyyətdə ekoloji monitorinqin təşkili, sualtı neft-qaz hasilatı kompleksi qurğularına nəzarət və onların istismarı və s. məsələlər haqqında tələbələrə ətraflı məlumatlar verib, prosesləri və texnologiyaları izah edən slaydları nümayiş etdirib.

Təqdimat tələbələr tərəfindən maraqla qarşılanıb. BANM-də neft-qaz və kimya sənaye sahələrinin fəaliyyətinə aid bu cür silsilə təqdimatların dünyanın digər aparıcı neft-qaz hasil edən ölkələrin mütəxəssislərinin cəlb edilməsi yolu ilə il boyu təşkil edilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR