Ukrayna ilin sonunadək Rusiyadan 1 mlrd. kubmetr qaz alacaq

Ukrayna ilin sonunadək Rusiyadan 1 mlrd. kubmetr qaz alacaq
# 24 noyabr 2014 14:30 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. “Ukrayna ilin sonunadək Rusiyadan 1 mlrd. kubmetr təbii qaz alacaq”.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu Ukraynanın “Naftoqaz” şirkətinin icraçı direktoru Andrey Kobolev deyib.

“Mavi yanacağ”ın Macarıstandan alınması məsələsinə gəldikdə isə A. Kobolev bu ölkədən qaz tədarükünün dekabr ayında, yaxud 2015-ci ilin yanvarında bərpa olunacağına ümidvar olduğunu bildirib.

“Bu məqsədlə macarıstanlı həmkarlarımızla danışıqları davam etdiririk”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR