Səfərbərlik Xidməti: “Çağırışçılar dekabrın 31-dən xidmət edəcəkləri hərbi hissə barədə məlumatı SHXÇDX-nin saytından və SMS vasitəsi ilə öyrənə biləcəklər”

Səfərbərlik Xidməti: “Çağırışçılar dekabrın 31-dən xidmət edəcəkləri hərbi hissə barədə məlumatı SHXÇDX-nin saytından və SMS vasitəsi ilə öyrənə biləcəklər”
# 19 dekabr 2014 09:46 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanda 2015-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar dekabrın 31-dən xidmət edəcəkləri hərbi hissə və qoşun növü barədə məlumatları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəsmi internet saytı üzərindən və SMS vasitəsi ilə dəqiqləşdirə biləcəklər.

Bu barədə APA-ya SHXÇDX-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nurəddin Heydərov məlumat verib.

N. Heydərovun sözlərinə görə, vətəndaşlar SHXÇDX-nin rəsmi saytında “Elektron xidmət” bölməsinə daxil olaraq orada özləri haqqında informasiyaları yazmaqla xidmət edəcəkləri qoşun növünü dəqiqləşdirə bilərlər.

Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür.

N. Heydərov xatırladıb ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR