İnzibati Xətalar Məcəlləsində damazlıq, baytarlıq-sanitariya qaydalarının pozulması ilə bağlı cərimələrin artırılması təklif olunub

İnzibati Xətalar Məcəlləsində damazlıq, baytarlıq-sanitariya qaydalarının pozulması ilə bağlı cərimələrin artırılması təklif olunub
# 07 iyul 2015 14:22 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “İnzibati Xətalar Məcəlləsindəki damazlıq, baytarlıq-sanitariya qaydaları əleyhinə olan inzibati xətalar fəslində nəzərdə tutulan cərimələrin miqdarının artırılması ilə bağlı aidiyyəti qurumlara müraciət olunub”.

Bunu APA-ya Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sektor müdiri Ramiz Salmanov deyib.

R. Salmanov qeyd edib ki, təklifdə Məcəllədə baytarlıq məsələlərinə aid müddəaların da artırılması əks olunub: “Artıq aidiyyəti nazirliklərdən rəy və təkliflər alınıb. Biz fiziki şəxslər üçün cərimələrin 500-700 manat, vəzifəli şəxslər üçün 1000-1500, hüquqi şəxslər üçün isə 2000-3000 manat miqdarında olmasını təklif etmişik. Bildiyiniz kimi, inzibati təsir daha güclüdür. Qanuna dəyişikliyin olması qanunsuz heyvan kəsimi, ət satışına qarşı çox böyük səmərə verəcək. Ən əsası biz çalışmışıq ki, təkliflərdə hər bir məsələ geniş şəkildə əhatə olunsun”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR