ABŞ-ın Hyuston şəhərində 26 fevral “Xocalını anma günü” elan olunub - FOTOSESSİYA

ABŞ-ın Hyuston şəhərində 26 fevral “Xocalını anma günü” elan olunub - <span style="color: red;">FOTOSESSİYA
# 26 fevral 2013 21:06 (UTC +04:00)

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən xəbərə görə, konfransın əvvəlində Hyuston şəhərinin hakimiyyəti adından 26 fevralın “Xocalını anma günü” elan olunması barədə müraciət oxunub, həmçinin Texas Ştatı Senatının Xocalı qətliamının 21-ci ildönümünün anılması haqqında qətnaməsi təqdim olunub.

Həmin qətnamədə bu faciənin etnik təmizləmənin müasir tarixdə ən pis nümunəsi olduğu, bir çox insan hüquqları təşkilatları tərəfindən bu vəhşiliklərin pislənildiyi, habelə hər il yeni-yeni ABŞ ştatların bu faciəni tanıdığı qeyd edilir. Sənəddə həmçinin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunduğu bildirilir və bu faktın BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası qətnamələri tərəfindən pislənildiyi vurğulanır.

Bundan əlavə, ABŞ Konqresinin üzvü Şeyla Cekson Li tərəfindən Hyuston şəhərindəki Azərbaycan Mərkəzinə göndərilmiş Xocalı faciəsinin anılması və Mərkəzin fəaliyyətinin yüksək qiymətləndirilməsi barədə ABŞ Konqresi sertifikatı (Certificate of Congressional Recognition) təqdim edilib.

Konfrans zamanı San Tomas Universitetinin professorları Hans Stokton və Jan-Filip Faletta, Hyuston Universitetinin professoru Rayan Kennedi, HBSCA-in prezidenti İradə Axundova, Azərbaycan respublikasının ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbov, ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) həmtəsisçisi Yusif Babanlı, AZE.az internet xəbərlər portalının təsisçisi Elxan Ağamirzə və HBSCA-in direktoru Riyad Əfəndi çıxış ediblər.

Natiqlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və gərçəklikləri, eləcə də bu münaqişənin regional sabitlik və təhlükəsizliyə təhdidi, Xocalı qətliamı, regional liderə çevrilmiş Azərbaycanın ABŞ-la əlaqələri və digər mövzularda çıxışlar etmiş, auditoriyanın suallarını cavablandırıblar.

Tədbirdə həmçinin Hyuston şəhərində Türkiyə Respublikasının konsulu Selim Topçu və Yunanıstan Respublikasının konsulu Georgios Papanikolau, San Tomas Universitetinin işçi və tələbələri, habelə ABŞ-dakı Azərbaycan icmasının nümayəndələri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR