Azərbaycan-Belarus qarışıq komissiyasının protokolu imzalanıb

Azərbaycan-Belarus qarışıq komissiyasının protokolu imzalanıb
# 17 sentyabr 2015 13:53 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu gün 2016-cı ildə beynəlxalq avtomobil daşımalarına icazələrin mübadiləsi və digər məsələlərlə bağlı beynəlxalq avtomobil daşımaları üzrə Azərbaycan-Belarus qarışıq komissiyasının protokolu imzalanıb.

Nəqliyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, protokolu Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayevin və Belarus Nəqliyyat və Kommunikasiya Nazirliyinin Avtomobil və Şəhər Sərnişin Nəqliyyatı idarəsinin rəisi Sergey Dubina imzalayıb. Sənəddə beynəlxalq avtomobil əlaqələrinin vəziyyəti, perspektivlər və onun inkişafı, yük daşımaları sahəsində icazə vərəqələrinin istifadəsi öz əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR