Musiqili Komediya Teatrı Kino-Foto Sənədləri Arxivinə foto və kinosənədlər təqdim edib

Musiqili Komediya Teatrı Kino-Foto Sənədləri Arxivinə foto və kinosənədlər təqdim edib
# 28 aprel 2015 13:52 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Kino-Foto Sənədləri Arxivinə Dövlət Musiqili Komediya Teatrı tərəfindən 24.313 saxlama vahidi fotosənəd, 4 saxlama vahidi kinosənəd daxil olub.

Arxivdən APA-ya verilən məlumata görə, foto-kino sənədlər son 25 ildə teatrda səhnələşdirilən tamaşaların (Azərbaycan və rus bölmələrində) afişalarını, proqramlarını, aktyorların məşqlərini və səhnə görüntülərini, orkestr, xor truppalarının ifasını, teatrın qastrol səfərlərini, texniki və inzibati heyətinin fəaliyyətini və ictimai baxışları əks etdirir.

Teatrda çalışan geyim və qrim rəssamlarının, bəstəkarların, müəlliflərin fotosənədləri teatr festivallarındakı görüntü qəbul edilən fotosənədlərin tərkibinə daxildir.

Hazırda qəbul edilən 24.313 saxlama vahidi fotosənədin, 4 saxlama vahidi kino (video) sənədin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR