Balakəndə iki qardaşı maşın vurub

Balakəndə iki qardaşı maşın vurub
# 08 mart 2013 08:16 (UTC +04:00)

Balakən. Vüqar Heydərov-APA. Balakəndə iki qardaşı maşın vurub. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, hadisə Balakən-Qabaqçöl yolunun Talalar kəndi ərazisindən keçən hissəsində baş verib. Balakən rayonu Talalar kənd sakini, 1988-ci il təvəllüdlü Xəlilov Ruslan Cavanşir oğlu idarə etdiyi VAZ 2107 markalı, 90 EN 598 nişan dövlət nömrəli avtomobillə yolun kənarında dayanan, Talalar kənd sakinləri 1989-cu il təvəllüdlü Abdullayev Fərid Ramazan oğlunu və onun qardaşı 1991-ci il təvəllüdlü Abdullayev Məhəmməd Ramazan oğlunu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan qardaşlar Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər.

Balakən MRX-dan APA-ya verilən məlumata görə, hazırda Abdullayev qardaşların vəziyyəti orta-ağır hesab olunur, müalicələri davam etdirilir.

Fakla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR