Koray Tarqay: “ATƏT-in Bakı Ofisinin statusunun dəyişdirilməsi məsələsi ATƏT Daimi Şurasının iclasında müzakirə olunacaq”

Koray Tarqay: “ATƏT-in Bakı Ofisinin statusunun dəyişdirilməsi məsələsi ATƏT Daimi Şurasının iclasında müzakirə olunacaq”
# 04 aprel 2013 09:15 (UTC +04:00)

APA-nın məlumatına görə, bu fikirləri ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Koray Tarqay deyib.

O qeyd edib ki, bu məsələ Daimi Şurada konsensus əsasında həll olunacaq. Səfirin sözlərinə görə, iclasın nə zaman keçiriləcəyi məlum deyil: “Bunun nə vaxt baş verəcəyini söyləmək çətindir. Bu kimi məsələlərlə bağlı xüsusi prosedura mövcuddur. Bildiyim qədər, proses hələ başlamayıb, hələlik Vyanada məsləhətləşmələr gedir. Mandatın dəyişdirilməsi ilə bağlı sorğu göndərməyə Azərbaycan hökuməti özü qərar verir, bu məsələni dramatikləşdirmək lazım deyil. Əsas məsələ ofisin statusunun necə adlandırılmasında deyil, mandatın mahiyyətində, fəaliyyətindədir”.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-in Bakı Ofisinin statusunun azaldılması ilə bağlı ATƏT-ə sorğu göndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR