BMT Təhlükəsizlik Şurası İrana qarşı yeni sanksiya qəbul edib

BMT Təhlükəsizlik Şurası İrana qarşı yeni sanksiya qəbul edib
# 21 dekabr 2012 09:12 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Süzan Rays açıqlama verib.

O bildirib ki, İranın “Yas Air” və “SAD Import-Export” şirkətləri qanunsuz silah daşınmasında təqsirləndirildiyi üçün BMT TŞ-nın sanksiya siyahısına daxil edilib.

S. Raysın sözlərinə görə, bu iki şirkət Suriyaya silah daşınması ilə məşğul olduğu üçün fəaliyyətinə məhdudiyyət tətbiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR