Şəkidə çövkən milli atüstü oyunlarının açılış mərasimi keçirilib - FOTO - VİDEO

Şəkidə çövkən milli atüstü oyunlarının açılış mərasimi keçirilib  - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 18 dekabr 2014 11:44 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Bu gün Şəkidə Prezident Kuboku uğrunda çövkən milli atüstü oyunlarının açılış mərasimi keçirilib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilən yarışlar Şəkidəki Respublika Atçılıq Turizm Mərkəzində keçirilir. Prezident Kuboku uğrunda sayca 9-cu olan çövkən milli atüstü oyunlarının açılış mərasimində Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Fikrət Babayev, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edib. Builki yarışlarda respublikanın 13 rayonunu və Bakı şəhərinin 3 idman klubunu təmsil edən 16 komanda mübarizə aparır. Dekabrın 22-də başa çatacaq yarışları keçirməkdə məqsəd qədim tarixi ənənələrin bərpası, dirçəldilməsi, həmçinin atçılıq turizminin təbliği və inkişaf etdirilməsidir.

Yarışların son günü qalib olan komandalar Mədəniyyət və Turizm Nazirliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar.

Qeyd edək ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin ötən ilin dekabrında Bakıda keçirilən 8-ci sessiyasında Azərbaycanın çövkən oyunu UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR