Kəmaləddin Heydərov İranın Azərbaycandakı səfirini qəbul edib

Kəmaləddin Heydərov İranın Azərbaycandakı səfirini qəbul edib
# 08 noyabr 2012 15:25 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov İranın Azərbaycandakı səfiri Möhsün Pakayini qəbul edib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, görüş zamanı nazir FHN və onun qurumları, eyni zamanda, nazirlik tərəfindən həyata keçirilən layihələr barədə ətraflı məlumat verib, həmçinin FHN-lə İranın müvafiq qurumları arasında əlaqələrin inkişafının vacibliyini vurğulayıb.

Öz növbəsində, qəbula görə təşəkkürünü bildirən səfir əməkdaşlığın dərinləşməsi üçün səylərin davam etdiriləcəyinə əminliyini vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR