Bank Of Baku

Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb

Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
# 04 noyabr 2026 10:45 (UTC +04:00)

Türkiyənin sərbəst valyuta bazarında ABŞ dollarının məzənnəsi 50,0223 lirəyə yüksəlib.

“APA-Economics” xəbər verir ki, noyabrın 4-də dollar günə əvvəlki bağlanışla müqayisədə 0,08% artımla başlayıb. Türkiyə vaxtı ilə saat 09:30-da dolların alış məzənnəsi 50,0175 lirə, satış məzənnəsi isə 50,0267 lirə təşkil edib.

İlin əvvəlindən dollar lirəyə qarşı 16,25%, son bir ildə isə 19,63% bahalaşıb.

Qeyd edək ki, əvvəlki gün dolların məzənnəsi 49,9840 lirə səviyyəsində bağlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR