Bank Of Baku

Azərbaycanın neft-qaz hasilatında növbəti illərdə dalğalanma gözlənilir

Azərbaycanın neft-qaz hasilatında növbəti illərdə dalğalanma gözlənilir
# 04 noyabr 2026 11:37 (UTC +04:00)

Azərbaycanın neft-qaz sektorunda növbəti illərdə hasilat göstəricilərində eniş və artımlarla müşayiət olunan dalğalanmaların baş verəcəyi proqnozlaşdırılır.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsinin Zərfində əksini tapıb.

Qeyd olunur ki, 2024-cü ildə ölkədə 29,1 milyon ton neft və 38,6 milyard kubmetr əmtəəlik qaz hasil edilib. 2025-ci ildə neft istehsalı 27,7 milyon tona düşsə də, əmtəəlik qaz hasilatı yüksələrək 38,9 milyard kubmetr təşkil edib.

Bildirilir ki, 2026-cı ildə neft hasilatının 26,8 milyon ton, qazın isə 37,8 milyard kubmetr olacağı gözlənilir. 2027-ci ildə neft istehsalının 26,6 milyon tona, qaz hasilatının isə 35,6 milyard kubmetrə qədər geriləməsi proqnozlaşdırılır. Hasilatda ən aşağı səviyyə 2028-ci ildə gözlənilir: həmin il neft hasilatı 26,1 milyon tona, qaz hasilatı isə 33,2 milyard kubmetrə düşəcək.

Bu enişdən sonra yenidən artım dalğası başlayacaq. Belə ki, 2029-cu ildə neft hasilatının 26,6 milyon tona, qaz istehsalının isə 35,3 milyard kubmetrə qalxacağı, 2030-cu ildə isə neft hasilatının 26,3 milyon ton səviyyəsində stabilləşəcəyi, əmtəəlik qaz hasilatının isə artaraq 36,6 milyard kubmetrə çatacağı proqnozlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR