Venesuelada ac əhali prezident sarayına yürüş edib

Venesuelada ac əhali prezident sarayına yürüş edib
# 03 iyun 2016 11:57 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Venesuelanın paytaxtı Karakasda yüzlərlə etirazçı “bizə yemək lazımdır” şüarları ilə prezident Nikolas Maduronun iqamətgahı olan Miraflores sarayına doğru yürüş ediblər.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, etirazçıları qarşılayan aşayiş qüvvələri onlara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Bildirilir ki, ani etiraz dalğası bir qrup şəxsin ərzaq malları ilə dolu olan yük maşınını oğurlamaq cəhdindən sonra baş qaldırıb.

Qeyd edək ki, Venesuelada ağır iqtisadi və siyasi böhran davam edir. Ölkənin valyuta daxilolmalarının əsas mənbəyi olan neft qiymətlərinin enməsi vəziyyəti kritik həddə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR