«Gəncəbank» ötən ili zərərlə başa vurub

«Gəncəbank» ötən ili zərərlə başa vurub
# 28 fevral 2013 13:24 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Gəncəbank» ASC-nin 2012-ci ildə əldə etdiyi gəlirlərin həcmi 2,749 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin analoji göstəricisindən 20,9% azdır. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bankın xərcləri 6,7% artaraq 3,621 mln. manata çatıb.

Bankdan bildirilib ki, bank ötən ili 872 min manat həcmində zərərlə başa vurub, halbuki 2011-ci ilin nəticəsində 80 min manatlıq mənfəət əldə edilib.

Qeyd edək ki, hesabat ilində bankın faiz gəlirləri 2,550 mln. manat, qeyri-faiz gəlirləri 0,199 mln. manat, faiz xərcləri 1,740 mln. manat, qeyri-faiz xərcləri isə 1,870 mln. manata bərabər olub. Ötən ilin yekununda bankın faiz mənfəəti 2,3 dəfə, qeyri-faiz zərəri isə 3,5% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR