Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb
# 24 oktyabr 2012 09:14 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. ETSN-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 85-145, Kiçik Qafqazın çaylarında 60-80, Lənkəran-Astara bölgəsi çaylarında 10-40, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.

Oktyabrın 24-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi 120 m3/s, ongünlük normanın 73 faizi qədərdir. 2011-ci ildə isə bu rəqəm ongünlük normanın 105 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində də suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi 46 m3/s olmaqla, ongünlük normanın 50 faizini təşkil edir. 2011-ci ildə bu göstərici ongünlük normanın 71 faizinə bərabər olub.

Oktyabrın 24-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 7 sm , Şirvanda 4 sm, Araz çayının Novruzlu məntəqəsində 22 sm azalma, Bankədə 12 sm, Salyanda isə 6 sm artım qeydə alınıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 309 sm, Şirvanda 169 sm, Salyanda 149 sm, Bankədə 199 sm, Araz çayının Novruzlu məntəqəsində isə 90 sm təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR