Avropa Komissiyası: Avropa Birliyinin bank qanunvericiliyindəki islahatlar Almaniyanın hesablarına təhlükə törətmir

Avropa Komissiyası: Avropa Birliyinin bank qanunvericiliyindəki islahatlar Almaniyanın hesablarına təhlükə törətmir
# 17 sentyabr 2012 09:38 (UTC +04:00)
Bakı – APA-Economics. Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu Almaniya vətəndaşlarını Avropa Birliyinin bank qanunvericiliyində islahatlar həyata keçiriləcəyi halda, öz depozit hesablarının qorunacağından narahat olmamağa çağırıb.

APA-Economics”in xəbərinə görə, J.M.Barrozu Almaniya KİV-nə müsahibəsində bildirib ki, Almaniyadakı depozit hesablarından İspaniyadakı analoji hesabları qarantiya altına almaq üçün istifadə etmək ağılsızlıq olardı.

“Biz avrozonanın bank sektorunun sabitliyini təmin etmək istəyirik. Əminəm ki, bu islahat depozit hesabları olan almanların xeyrinə işləyəcək” – deyə Barrozu qeyd edib.

Qeyd edək ki, gələn ildən Avropa Mərkəzi Bankı (AMB) avrozonanın banklarına nəzarət etmək və problemli banklara kömək etmək səlahiyyətinə malik olacaq. Bu isə AMB-nin yardım prosesində avrozonanın digər dövlətlərindəki bank hesablarından istifadə edə biləcəyi haqda fikirlərə yol açıb. Fransada fərqli olaraq, Almaniya Avropa Birliyinin bank qanunvericiliyində islahatların sürətlə aparılmasına qarşı çıxır. İslahatların həyata keçirilməsi üçün valyuta blokuna üzv olan 27 ölkənin hər biri razılıq verməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR