Qəbələ rayonunda bir nəfərin ölümü ilə nəticələnmiş yol qəzası baş verib

Qəbələ rayonunda bir nəfərin ölümü ilə nəticələnmiş yol qəzası baş verib
# 05 avqust 2012 08:15 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Qəbələ rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Qəbələ rayon Polis İdarəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, Qəbələ-Oğuz yolunun 80-cı kilometrliyində, rayonun Mirzəbəyli kəndi ərazisində 1993-cü il təvəllüdlü Orxan Elxan oğlu Allahyarovun idarə etdiyi “Mercedes” markalı avtomobil ağaça çırpılıb.

Qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub.

Sürücü hadisə yerində keçinib, onun sərnişini isə yaralı halda xəstəxanaya çatdırılıb.

Cəsədin və yaralının maşından çıxarılması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çağırılıb. Onlar xüsusi alət və avadanlıqlarla O.Allahyarovun cəsədini və yaralını maşından çıxarıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR