BDU Gülər Əhmədovanın müəllimlikdən kənarlaşdırılması barədə məlumatlara münasibət bildirib

BDU Gülər Əhmədovanın müəllimlikdən kənarlaşdırılması barədə məlumatlara münasibət bildirib
# 08 oktyabr 2012 13:37 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. “Gülər Əhmədova 10 ilə yaxındır ki, Bakı Dövlət Universitetinin psixologiya kafedrasının müəllimidir. O, 0,5 ştat müəllim olduğu üçün adətən dərsləri az olur. Bu semestr müddətində də yalnız bir qrup magistrə həftəaşırı bir qoşa saat dərs keçir”. Bu sözləri APA-ya açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova sabiq deputat Gülər Əhmədovanın universitetdən uzaqlaşdırılması barədə mətbuatda yayılan məlumatlara münasibət bildirərkən deyib.

O bildirib ki, G.Əhmədova sonuncu dəfə sentyabrın 21-də olan dərslərini özü deyib: “Növbəti dərsi oktyabrın 5-də olsa da, kafedraya məlumat verilib ki gələ bilməyəcək. Onun dərsi əvəz edilib. Gülər Əhmədovanın növbəti dərsi oktyabrın 19-dur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR