Türkiyənin elm, sənaye və texnologiyalar naziri Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb - FOTOSESSİYA

Türkiyənin elm, sənaye və texnologiyalar naziri Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb - <font color=red>FOTOSESSİYA</font>
# 27 aprel 2012 11:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Bakıda rəsmi səfərdə olan Türkiyənin elm, sənaye və texnologiyalar naziri Nihat Ergünü qəbul edib.

«APA-Economics»in məlumatına görə, görüş zamanı Ə.Abbasov Azərbaycanda bütün sahələrdə olduğu kimi, İKT sektorunda da qlobal, regional və ölkə əhəmiyyətli layihələrin həyata keçirildiyini bildirib.

Nazir qeyd edib ki, Azərbaycan icra olunan layihələrdə texnoloji yeniliklərə üstünlük verir: «Yeni texnologiyaların ölkə iqtisadiyyatında tətbiqini sürətləndirmək üçün Türkiyənin təcrübəsindən yararlanmaq niyyətindəyik. Bu il Bakıda keçiriləcək «BakuTel-2012» sərgisində Türkiyə üçün müvafiq stend ayrılacaq ki, onlar bu sahədə məhsul və xidmətlərini nümayiş etdirə bilsin».

Öz növbəsində N.Ergün Türkiyənin elm, sənaye və texnologiyalar sahələrindəki uğurları barədə məlumat verib və bildirib ki, Türkiyə bu sahələrdə əldə etdiyi təcrübəni Azərbaycanla bölüşməyə hazırdır.

Qarşılıqlı fikir mübadiləsi zamanı tərəflər arasında işçi qrupunun yaradılmasına dair razılıq əldə olunub. İşçi qrup informasiya texnologiyaları, nano-texnologiyalar və universitet-sənaye iş birliyinin qurulması sahələrində əməkdaşlığa dair protokol hazırlayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR