Rusiya xarici işlər nazirinin müavini: “İrana hərbi müdaxilə bölgədə fəlakətə səbəb olacaq”

Rusiya xarici işlər nazirinin müavini: “İrana hərbi müdaxilə bölgədə fəlakətə səbəb olacaq”
# 06 sentyabr 2012 12:00 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Rusiya İsrail və digər ölkələrə xəbərdarlıq edib. APA-nın məlumatına görə, Rusiya xarici işlər nazirinin müavini Segey Ryabkov bildirib ki, İranın mübahisəli nüvə proqramı bəhanə edilərək, bu ölkəyə hərbi müdaxilə bölgədə fəlakətə səbəb olacaq.

Onun sözlərinə görə, hərbi gücdən istifadə Orta Şərqdə fəlakətə gətirib çıxaracaq və bu, digər bölgələrə də mənfi nəticələri olacaq: “Problemin hərbi yolla həll olunacağını düşünənləri xəbərdar edirik. Hərbi müdaxilə iqtisadi və təhlükəsizlik baxımından dərin şok yaşanmasına və bölgədə qeyri-sabitliyə səbəb olacaq. Üstəlik, bu fəlakətin təsiri yalnız bölgə ilə məhdud qalmayacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR