Yunanıstanda bir günlük ümummilli tətil keçiriləcək

Yunanıstanda bir günlük ümummilli tətil keçiriləcək
# 18 oktyabr 2012 04:45 (UTC +04:00)
Bakı-APA. Bu gün Yunanıstanda sərt qənaət tədbirlərinə qarşı ümummilli 24 saatlıq tətil keçiriləcək.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə,
Yunanıstanın həmkarlar ittifaqları bildiriblər ki, ölkədə dövlət müəssisələri, banklar, mağazalar, universitetlər, məktəblər, məhkəmələr bağlı olacaq. Aviasiya dispetçerləri yerli vaxtla saat 10-dan 13-ə qədər tətil keçirəcəklər, ölkədə bərə və dəmir yolu ilə hərəkət tamamilə dayandırılacaq.
Son bir ayda Yunanıstanda sayca bu ikinci ümummilli tətildir.
Yunanıstan hökuməti Avropa İttifaqı və BVF-dən 31,5 milyard avro həcmində yeni krediti almaq üçün yeni qənaət və büdcənin məhdudlaşdırılması tədbirləri planlaşdırır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR