“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanun layihəsi Azərbaycan parlamentində müzakirə olunacaq

“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanun layihəsi Azərbaycan parlamentində müzakirə olunacaq
# 18 may 2012 09:52 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Milli Məclisə (MM) “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanun layihəsi daxil olub. APA-nın məlumatına görə, yeni qanun layihəsi MM-in İqtisadi siyasət komitəsinin iclasında müzakirə edilib.

İclasda qanun layihəsinin MM-ə Azərbaycan prezidentinin imzası ilə daxil olduğu bildirilib.

Yeni qanun Azərbaycan Respublikasında ölçmələrin vəhdətinin təmin edilməsinin hüquqi və təşkilati əsaslarını, o cümlədən ölçmələrə, kəmiyyət vahidlərinə, ölçmə metodikalarına (metodlarına) tələbləri və həmin tələblərin təmin edilməsi tədbirlərini müəyyən edəcək. Qanun insan həyatı və sağlamlığının qorunması, ətraf mühitin, bitki və heyvanlar aləminin mühafizəsi, dövlətin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə istifadə edilən ölçmələrin obyektiv, etibarlı və müqayisə edilən nəticələrinin alınmasında vətəndaşın, cəmiyyətin və dövlətin tələbatını təmin etmək və ölçmələrin qeyri-dəqiq nəticələrinin mənfi təsirinin qarşısını almaq məqsədi daşıyır.

Layihə MM-in plenar sessiyasına tövsiyə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR