Moskvada vəkil 6 iş yoldaşını odlu silahla qətlə yetirib

Moskvada vəkil 6 iş yoldaşını odlu silahla qətlə yetirib
# 08 noyabr 2012 07:26 (UTC +04:00)
APA-nın məlumatına görə, dörd il burada işləmiş Vinoqradovun açdığı atəş nəticəsində altı nəfər ölüb, bir nəfər ağır yaralanıb. Vəkil təhlükəsizlik xidməti əməkdaşları tərəfindən saxlanıb. Saxlanan zaman müqavimət göstərməyən Vinoqradovun üzərindən 230 patron aşkarlanıb.

Qatil istintaqa verdiyi ifadədə anbarda çalışan iş yoldaşlarını öldürməyinin səbəblərini açıqlayıb. Onun sözlərinə görə, iş yoldaşları onun həyat yoldaşı Annanı dilə tutaraq boşanmağa sövq etmək istəyiblər. Vinoqradov əvvəlcə intihar etmək istəyib, lakin sonra fikrindən daşınıb. Beş gün sürəkli spirtli içki qəbul edən vəkil silah götürərək iş yoldaşlarını qətlə yetirib. O, qətli törətməzdən əvvəl sosial şəbəkələrdən birində status yazıb. Statusunda insanlara nifrət etdiyini bildirən Vinoqradov bildirib ki, yaşamasına haqq qazandırmağın yeganə yolu daha çox insan öldürməkdir. Dmitri Vinqoradovun cinayəti törədən zaman anlaqlı vəziyyətdə olub-olmadığını müəyyənləşdirmək üçün ekspertiza təyin olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR