Azərbaycan paytaxtında havanın temperaturu düşəcək

Azərbaycan paytaxtında havanın temperaturu düşəcək
# 01 iyun 2012 10:08 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 15-20, gündüz 23-27 dərəcə isti olacaq.

Abşeronun şimal çimərliklərində dəniz suyunun temperaturu 21-22, cənub çimərliklərində isə 22-23 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 2-də şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti olacaq.

İyunun 2-də respublikanın ayrı-ayrı rayonlarında gecə və axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bakı və Abşeron yarımadasında hava şəraitinin küləkli keçəcəyi, temperaturun ötən günlərə nisbətən 3-4 dərəcə aşağı enəcəyi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR