«NBC Bank» depozit portfelini kəskin artırıb

«NBC Bank» depozit portfelini kəskin artırıb
# 30 oktyabr 2012 10:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «NBC Bank» ASC-nin kredit portfelinin həcmi 2012-ci il oktyabrın 1-nə 69,062 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 38% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın istehlak kreditləri 40% artaraq 53,755 mln. manat, vaxtı keçmiş kreditlərin həcmi 19% artaraq 3,618 mln. manat, Azərbaycan İpoteka Fondunun xətti ilə verilən kreditlərin həcmi isə 1,734 mln. manat təşkil edib.

Təhlil aparılan dövr ərzində bankın depozit portfeli 2,3 dəfə artaraq 43,410 mln. manata, o cümlədən müddətli depozitlər təxminən iki dəfə artaraq 35,547 mln. manata, tələb olunanadək depozitlər 5,9 dəfə artaraq 7,862 mln. manata, əhalidən cəlb edilən əmanətlərin həcmi isə 2,1 dəfə artaraq 36,072 mln. manata çatıb.

Xatırladaq ki, «NBC Bank» ASC 1992-ci ilin dekabrında «Ruzu» Kommersiya Bankı adı ilə fəaliyyətə başlayıb. Cari ilin oktyabrın 1-nə bankın 10 filialı, 15 bankomatı, 36 POS-terminalı olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR