Azərbaycanın elmi istinad indeksinin tərtib mexanizmi hazırlanır
20 fevral 2012 11:57 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun alimləri Azərbaycanın elmi istinad indeksinin (AEİİ) tərtib mexanizmini hazırlayır. Geologiya İnstitutunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu mexanizmin köməyi ilə yaradılacaq AEİİ Azərbaycan alimlərinin dövri elmi mətbuatda çap olunmuş işlərini sistemləşdirəcək. Yeni sistem ölkədə elmi tədqiqatların real səviyyəsini göstərəcək. Belə ki, AEİİ ölkədə və xaricdə çap olunmuş elmi məqalələrin, müəlliflərin və məqalələrə edilmiş istinadların sayını əks etdirəcək. Bu, Azərbaycandakı elmi tədqiqatların nəticələrinin yerli və xarici tədqiqatçılar üçün nə qədər maraq kəsb etdiyi və faydalı olduğunu üzə çıxaracaq.
Azərbaycan prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən dəstəklənən “Azərbaycanın milli elmi informasiya resursları və elmi istinad indeksinin formalaşdırılması mexanizmlərinin işlənilməsi” layihəsinin rəhbəri İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyevdir. Layihənin icraçı qrupunun üzvü, Geologiya İnstitutunun Elmimetrik analiz və intellektual mülkiyyətin mühafizəsi şöbəsinin rəhbəri Tofiq Süleymanov bildirib ki, elmi məqalə və istinadlarla bağlı araşdırmalara əsasən Azərbaycan alimlərinin dünya elmi informasiya məkanına çıxış imkanının çox geniş olmasına baxmayaraq, onların elmi işləri “Thomson Reuters”, “Skopus” və s. kimi beynəlxalq nüfuzlu elmi nəşr bazalarında az yer alır. AEİİ bu arzuolunmaz faktı da aşkarlayacaq və alimləri dünyanın nüfuzlu elmi jurnallarında nəşr etdirməyə həvəsləndirəcək. Bu sistemin köməyi ilə elmi təşkilatlarda görülən işlərin monitorinqini aparmaq, məhsuldarlığını və keyfiyyətini qiymətləndirmək mümkün olacaq. Gələcəkdə belə bir monitorinq aparılarsa, onun nəticələri elmi müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində dövlətin düzgün və səmərəli qərar verməsinə kömək edəcək.

Sosial
İyunun 2-də I və IV qruplar üçün qəbul imtahanları keçiriləcək
16:29
22 may 2024
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin qalıqları Tərtərdə dəfn olunub - FOTO
16:05
22 may 2024
30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Sabirabadda dəfn olunub - FOTO
15:56
22 may 2024
Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Elbrus İsaqovun qalıqları Biləsuvarda dəfn olunub - FOTO
15:40
22 may 2024