Azərbaycan Dillər Universitetində İngilis dilli günü qeyd olunub

Azərbaycan Dillər Universitetində İngilis dilli günü qeyd olunub
# 26 aprel 2012 10:06 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova-APA. Bu gün Azərbaycan Dillər Universitetində “BMT-də Dillər Günü” təşəbbüsü çərçivəsində ingilis dramaturqu Vilyam Şekspirin anadan olması münasibətilə İngilis dilli günü qeyd olunub. APA-nın məlumatına görə tədbir gənclər arasında çoxilliyi və mədəni müxtəlifliyə qarşı hörməti aşılamaq məqsədilə keçirilir.

Tədbir çərçivəsində ingilis dilində şeirlər söylənib, Şekspirin əsərlərindən səhnəciklər ifa olunub.

“BMT-də Dillər Günü” təşəbbüsü ilk dəfə, BMT-nin İctimai İnformasiya Departamenti tərəfindən Beynəlxalq Ana Dili Günü münasibətilə irəli sürülüb. Burada əsas məqsəd BMT-nin 6 rəsmi dili olan ingilis, ərəb, çin, rus, ispan və fransız dilinin dünyanın hər yerində mövcud olan BMT sistemi daxilində eyni dərəcədə istifadəsini təmin etməkdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR