Yığmamızın kapitanı “Azəryolservis”lə müqavilə bağlayıb

Yığmamızın kapitanı “Azəryolservis”lə müqavilə bağlayıb
# 19 sentyabr 2012 10:07 (UTC +04:00)
Bakı – APA. Azərbaycan millisinin kapitanı Natəvan Qasımovanın çıxış edəcəyi komanda məlum olub. Apasport.az saytının məlumatına görə, 27 yaşlı toppaylayıcı “Bakı”nın birləşdiyi “Azəryolservis”lə yeni müqaviləyə imza atıb.

O, bu ildən “Bakı-Azəryolservis” adlanacaq komanda ilə bir illik müqavilə bağlayıb. Bununla, paytaxtın eyni adlı klubunun 1 voleybolçusu da olsa xələfinin heyətinə cəlb olunub.

Beləliklə, “Bakı-Azəryolservis”də voleybolçularının sayı 11-ə çatıb. Qasımovadan öncə Karlo Rueda (Peru), Aynur Kərimova, Oksana Kiselyova, Odina Əliyeva, Yelena Parxomenko, Anastasiya Qurbanova (hamısı Azərbaycan), Vendula Adlerova (Çexiya), Tamas Cenefferlə (ABŞ), Hiroko Matsuura və Akiko İno (hər ikisi Yaponiya) müqavilə bağlamışdı. Əslində sonuncu “Azərreyl”ə gəlsə də, Valeriya Korotenkonun komandada saxlanılmasından sonra “dəmiryolçular”ın ikinci klubuna verilib.

Qeyd edək ki, Natəvan Oksana Parxomenko zədəli olduğu üçün yığmada kapitan funksiyasını yerinə yetirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR