Ötən ay Bakı Banklararası Valyuta Birjasında ticarət dövriyyəsi 4% artıb

Ötən ay Bakı Banklararası Valyuta Birjasında ticarət dövriyyəsi 4% artıb
# 21 iyul 2012 07:58 (UTC +04:00)
Bakı. Nicat MustafayevAPA-Economics. Bu ilin iyun ayında Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən 38 ticarət sessiyasında 44 alqı-satqı əqdi qeydə alınıb. Ümumilikdə, bu əməliyyatlarda 12 bank təşkilatı iştirak edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında valyuta bölməsində USD/AZN üzrə keçirilən elektron əməliyyatlarının həcmi 79,667 mln. manat və ya dollar ekvivalentində 101,440 mln. təşkil edib ki, bu da əvvəlki aya nisbətən 3,351 mln. manat və ya 4% çoxdur.

Hesabat ayında həmçinin, Birja Elektron Ticarət Sistemində (BEST) USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 5,339 mln. dollara çatıb, halbuki, hər əqdin orta həcmi 2,305 mln. dollar təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR