İsrail Milli Təhlükəsizlik Şurasının sədri: “İranla dialoq aparılması zəruridir”

İsrail Milli Təhlükəsizlik Şurasının sədri: “İranla dialoq aparılması zəruridir”
# 19 oktyabr 2012 12:53 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “Sabah İran nüvə silahına sahib olduğunu açıqlasa, bunun İsrailin sonu mənasını verdiyini qəbul etmirəm”. APA-nın məlumatına görə, bunu İsrail Milli Təhlükəsizlik Şurasının sədri, “Mossad”ın keçmiş rəhbəri Efraim Halevi bildirib.

Onun sözlərinə görə, İranın nüvə silahına yiyələnməsinin İsrailin varlığına təhdid meydana gətirdiyi fikrinə qatılmır: “İsrailin bu ifadələri istifadə etməməsi lazımdır. Biz israillilər və ya dünya iranlılara bunu söyləyir ki, nüvə bombanız olsa, İsraili məhv etmək imkanınız olacaq, rəsmi Təl-Əvivi yox etmək məqsədinizə çatacaqsınız. Döyüşən iki tərəfdən birinin digərinə “məni öldürə biləcəyini bilirsən” deməsi səhvdir. Bir döyüş, strateji proqram heç bir şəkildə belə icra edilməz”.

E.Halevi deyib ki, İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin həll edilməsi üçün dialoq aparılması zəruridir. O, həmçinin vurğulayıb ki, İsrailin baş naziri Benyamin Netanyahunun İranın nüvə proqramı ilə bağlı bu ilin sentyabrında BMT-dəki çıxışında “qırmızı xətlər”dən bəhs etməsi müsbət ifadələr deyil: “Şəxsən mən “qırmızı xətt” ifadəsindən istifadə olunmasını son məqsədə çatmaq üçün yardımçı vasitə kimi görmürəm. Çünki İranı hər kəsin qarşısında diz çökdürməyin bir fayda verəcəyini düşünmürəm. Arzu olunan nəticə əldə etməyimiz üçün müsbət bir yol tapmağımız lazımdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR