Müsavat başqanının müavini Gülağa Aslanlı cərimələnərək sərbəst buraxılıb

Müsavat başqanının müavini Gülağa Aslanlı cərimələnərək sərbəst buraxılıb
# 24 may 2012 14:35 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı polisin tələbini yerinə yetirilmədiyinə görə inzibati qaydada cəzalandırılıb.

Binəqədi Rayon Məhkəməsindən APA-ya verilən məlumata görə, G. Aslanlı İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) ilə təqsirləndirilib.

Hakim Elman Rəhimovun sədrliyi ilə keçirilən prosesdə G. Aslanlı 20 manat cərimə edilərək, sərbəst buraxılıb.

G. Aslanlının vəkili Osman Kazımov isə APA-ya deyib ki, G. Aslanlının saxlanılması bu gün İctimai Palatanın İctimai Televiziya və Radio Yayımları Şirkətinin binası qarşısında keçirilən aksiya ilə bağlı olub. G. Aslanlı polisin qanuni tələbini yerinə yetirməkdən imtina etməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR