Prezident İlham Əliyev Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı və emblemi haqqında fərman imzalayıb - FOTO

Prezident İlham Əliyev Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı və emblemi haqqında fərman imzalayıb - <font color=red>FOTO</font>
# 13 aprel 2012 15:57 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı və emblemi haqqında fərman imzalayıb.

APA-Economics”in xəbərinə görə, fərmanla “Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı haqqında Əsasnamə” və “Azərbaycan Respublikası gömrük orqanlarının bayrağının təsviri” təsdiq edilib.

Bundan başqa, “Azərbaycan Respublikası gömrük orqanlarının emblemi haqqında Əsasnamə” təsdiq edilsin və “Azərbaycan Respublikası gömrük orqanlarının embleminin təsviri” də təsdiqlənib.

Əsasnaməyə uyğun olaraq gömrük orqanlarına məxsus dəniz və çay gəmiləri Azərbaycan Respublikası gömrük orqanlarının bayrağını daşıyır. Dəniz və çay gəmilərində istifadə olunan Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı hərəkət zamanı qafeldə, dayanacaqda olduqda isə arxa flaqştokda qaldırılır. Azərbaycan Respublikası gömrük orqanlarının bayrağının təsviri gömrük orqanlarına məxsus hava gəmilərinin üzərinə vurulur. Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı Azərbaycan Respublikasının dövlət bayrağı ilə birlikdə Dövlət Gömrük Komitəsi sədrinin iş otağında və Komitə tərəfindən keçirilən rəsmi tədbirlər zamanı kollegiya zalında “Azərbaycan Respublikası dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq yerləşdirilir.

Azərbaycan Respublikası gömrük orqanlarının emblemi isə Dövlət Gömrük Komitəsinin blanklarında, gömrük orqanlarının inzibati binalarının adı göstərilən lövhələrində, gömrük orqanlarına məxsus avtonəqliyyat vasitələrində, dəniz, çay və hava gəmilərində, xüsusi geyim formasında və fərqlənmə nişanlarında, eləcə də Dövlət Gömrük Komitəsi sədrinin iş otağında, Komitənin kollegiya zalında və Azərbaycan Respublikası gömrük orqanlarının bayrağında da yerləşdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR