Amerikada qızmar hava 74 nəfərin ölümünə səbəb olub

Amerikada qızmar hava 74 nəfərin ölümünə səbəb olub
# 09 iyul 2012 12:46 (UTC +04:00)
APA-nın məlumatına görə, havaların isti keçməsindən ən çox zərər çəkən ölkənin orta qərb və şərq bölgələridir. Bu ştatlarda havanın hərarəti orta illik temperaturdan yüksəkdir. 4-6 iyul tarixində Çikaqoda havanın hərarəti 38 dərəcə təşkil edib, Sent-Luisdə 38 dərəcə hərarət on gün davam edib. Kolumbiya dairəsində isə dünəndən etibarən temperatur bu həddə çatıb.

Adamların ölümünə səbəb evlərdə ventilyasiya sisteminin olmaması, günvurmaya məruz qalmasıdır. Ötən ayın sonlarında şərq ştatlarında baş verən qasırğa elektrik xətlərini sıradan çıxardığına görə, yüz minlərlə amerikalı kondisionerdən istifadə etmək imkanından məhrum olub. Şərq ştatlarında havanın hərarəti düşməyə başlasa da, qərb ştatlarında hərarətin yüksələcəyi proqnozlaşdırılır. Məsələn, iyulun 11-də Solt-Leyk-Sitidə hərarətin 40 dərəcəyə çatacağı ehtimal olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR