Metronun «İçərişəhər» stansiyasında baş vermiş yanğının nəticələri aradan qaldırılıb, stansiyanın fəaliyyəti bərpa edilib

Metronun «İçərişəhər» stansiyasında baş vermiş yanğının nəticələri aradan qaldırılıb, stansiyanın fəaliyyəti bərpa edilib
# 14 avqust 2012 16:09 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov bildirib.

E. Muradovun sözlərinə görə, saat 17:28-də metronun «28 May» və «İçərişəhər» stansiyaları arasında 6 KV-luq yüksək gərginlikli elektrik xəttindəki ayırıcıda yanğın və tüstülənmə olub: «Bu zaman sərnişinlərin zərər görməməsi üçün «İçərişəhər» stansiyasında hərəkəti dayandırmaq göstərişi verdik. Stansiyadan və tuneldən tüstünün çəkilməsi 17:45-də başa çatdı və hərəkət bərpa olundu».

E. Muradov onu da əlavə edib ki, hazırda qeyd olunan istiqamətdə hər şey normaldır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR