Azərbaycan ərazisində az yağıntılı hava gözlənilir, bəzi rayonlarda yağıntılar intensiv olacaq

Azərbaycan ərazisində az yağıntılı hava gözlənilir, bəzi rayonlarda yağıntılar intensiv olacaq
# 15 fevral 2012 09:22 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturunun gecə 1-3, gündüz 5-9 dərəcə isti, axşama doğru müsbət 2 dərəcəyə yaxın olacağı gözlənilir.

Fevralın 17-də hava əsasən səhər və axşam bəzi yerlərdə az yağıntılı olacaq. Şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 1-3, gündüz 4-7 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 16-da hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin müşahidə ediləcək. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti proqnozlaşdırılır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15 dərəcə şaxta olacaq.

Fevralın 17-də bölgələrdə gecə və səhər bəzi rayonlarda az yağıntılı olacağı, gündüz əksər rayonlarda yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Axşama doğru yağıntıların intensivləşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 6-11, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 11-16 dərəcə şaxta təşkil edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR