Məktəbliləri daşıyan avtobus qəzaya düşüb, bir neçə nəfər xəsarət alıb

Məktəbliləri daşıyan avtobus qəzaya düşüb, bir neçə nəfər xəsarət alıb
# 25 sentyabr 2012 15:59 (UTC +04:00)
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Balakən rayonunda qeydə alınıb. Balakən rayonunda yerləşən İdman Olimpiya Kompleksində məşq edən gəncləri daşıyan “Mercedes” markalı mikroavtobus minik avtomobili ilə toqquşub. Nəticədə minik maşınının sürücüsü və mikroavtobusda olan sərnişinlərdən bir neçəsi xəsarət alıb. Yaralılar Balakən Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hazırda hadisə yerində araşdırma aparılır.

Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, mikroavtobusda olan sərnişinlərin əksəriyyəti orta məktəb şagirdləri olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR