Əli Laricani yenidən İran parlamentinin sədri seçilib
05 iyun 2012 13:02 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Bu ilin martında İranda keçirilmiş parlament seçkilərində Qumdan millət vəkili seçilmiş Əli Laricani yenidən ölkə parlamentinin sədri vəzifəsinə layiq görülüb. APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, iyunun 5-də İran parlamentində keçirilmiş səsvermə nəticəsində Ə. Laricani 177 səs, onun rəqibi, İranın ali dini lideri ayətullah Seyid Əli Xamneyinin qudası, Tehrandan milli vəkili seçilmiş sabiq parlament rəhbəri Qulaməli Həddad Adil isə 89 səs alıb. Bundan əlavə, Məhəmmədhəsən Əbu Turabifərd və Məhəmmədrza Bahünər parlamentin sədr müavinləri seçiliblər.
Qeyd edək ki, Ə. Laricani VIII dövr parlamentinə 4 il sədrlik edib. O, bu il mayın 28-də keçirilən səsvermədə 173 səs alaraq parlamentin müvəqqəti sədri seçilib.
Qeyd edək ki, Ə. Laricani VIII dövr parlamentinə 4 il sədrlik edib. O, bu il mayın 28-də keçirilən səsvermədə 173 səs alaraq parlamentin müvəqqəti sədri seçilib.
Asiya
İrlandiya, Norveç və İspaniya səfirləri İsrail XİN-ə çağırılıb
13:45
22 may 2024
Xamenei Paşinyanı qəbul edib
13:08
22 may 2024
İsrail Norveç və İrlandiyadakı səfirlərini geri çağırır
11:02
22 may 2024
Yeni Kaledoniyada müstəqillik tərəfdarları ilə polis arasında toqquşmalar davam edir - VİDEO
10:01
22 may 2024