Kaliforniya sakini həmkarlarına atəş açıb

Kaliforniya sakini həmkarlarına atəş açıb
# 06 noyabr 2012 23:25 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın Kaliforniya ştatının Fresko şəhərində yeyinti istehsalı üzrə müəssisədə Lourens Cons adlı işçi öz həmkarlarına odlu silahdan atəş açıb.

APA-nın Mayak radiosuna istinadən verdiyi xəbərə görə, insident nəticəsində bir nəfər ölüb, 4 nəfər ağır yaralanıb.

Lourens Cons özünə də atəş açıb, lakin sağ qalıb. Bütün yaralılar Cons daxil olmaqla xəstəxanaya yerləşdirilib.

Faktla bağlı polis araşdırma aparır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR