İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında müzakirələr davam etdiriləcək

İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında müzakirələr davam etdiriləcək
# 22 fevral 2012 09:06 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında müzakirələrin ikinci mərhələsi başa çatıb və tərəflər qarşılıqlı əməkdaşlıq çərçivəsində dialoqu bundan sonra da davam etdirəcəklər”. APA-nın məlumatına görə, bunu İranın beynəlxalq agentlikdəki daimi nümayəndəsi Əli Əsgər Sultaniyə deyib. O bildirib ki, agentliyin icraçı direktorunun müavini Herman Nakertsin rəhbərlik etdiyi 6 nəfərlik nümayəndə heyəti fevralın 20-21-də İranda səfərdə olub: “Səfər çərçivəsində İranla agentlik arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub. Ümumiyyətlə, qonaqların iki günlük proqramı çox sıx olub”.

Qeyd edək ki, beynəlxalq agentlik bəyanat yayaraq İranla aparılan danışıqların nəticəsiz qaldığını açıqlayıb. Belə ki, İranda səfərdə olmuş nümayəndə heyətinin növbəti dəfə paytaxt Tehran yaxınlığında yerləşən Parçin hərbi baza və poliqonuna getməsinə icazə verilməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR