NATO Dağlıq Qarabağ münaqişəsinin tərəflərini regional təhlükəsizlik və stabilliyi poza biləcək addımlardan çəkinməyə çağırıb

NATO Dağlıq Qarabağ münaqişəsinin tərəflərini regional təhlükəsizlik və stabilliyi poza biləcək addımlardan çəkinməyə çağırıb
# 21 may 2012 08:41 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. “Cənubi Qafqazda və Moldovada həlli uzadılmış münaqişələrin qalması Alyans üçün ciddi narahatlıq predmeti olaraq qalır”. APA-nın məlumatına görə, bu fikirlər NATO-nun Çikaqo sammitinin yekun bəyannaməsində öz əksini tapıb.

Bəyannamədə bildirilir ki, region ölkələri bu münaqişələrin həllində konstruktivlik və siyasi iradə nümayiş etdirməli və mövcud danışıqlar formatına hörmətlə yanaşmalıdır. Sammit iştirakçıları həmçinin münaqişə tərəflərini regional təhlükəsizlik və stabilliyi poza biləcək addımlardan çəkinməyə çağırıblar.

“Biz Ermənistan, Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyü, müstəqillik və suverenliyini dəstəkləməkdə davam edir, həmçinin bu regional münaqişələrin beynəlxalq hüququn həmin norma və prinsipləri, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında sülh yolu ilə nizamlanması səylərini dəstəkləyirik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR