Moskvada Rusiya müxalifətinin mitinqi keçirilib, müxalifət liderləri və 200-dən çox mitinq iştirakçısı saxlanılıb-FOTO

Moskvada Rusiya müxalifətinin mitinqi keçirilib, müxalifət liderləri və 200-dən çox mitinq iştirakçısı saxlanılıb-<font color=red>FOTO</font>
# 06 may 2012 21:43 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Moskvada Rusiya müxalifətinin “Milyonların marşı” adlı kütləvi aksiyası keçirib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxtın Bolotnıy meydanında keçirilən kütləvi aksiya hüquq-mühafizə orqanları tərəfindən dağıdılıb və aksiyanın təşkilatçıları, müxalifət liderləri həbs olunublar.

Müxalifət hərəkatı olan “Sağ cəhbə” lideri Sergey Udaltsov mitinqdə çıxışı zamanı “Biz getməyəcəyik” şüarını səsləndirib. Əhalini meydanda qalmağa səsləyən çıxışı davam edərkən, polis onu saxlayıb.
Tanınmış blogger və müxalifət fəalı Sergey Navalnı, Boris Nemtsov da polis tərəfindən saxlanılıblar. Müxalifətçilərin polis tərəfindən saxlanılması aksiya iştirakçılarının etirazına səbəb olub və meydanda qarşıdurma yaranıb. Polis göz yaşardıcı qazdan istifadə etməklə mitinqi dağıdıb.

Ümumilikdə müxalifətin Bolotniy meydanında keçirilən aksiyasında 200 nəfərdən çox müxalifət fəalının həbs olunduğu bildirilir.

Qeyd edək ki, müxalifətin bu gün keçirdiyi aksiya Moskva meriyası ilə razılaşdırılıb. Lakin mitinqdəki çıxışçıların kəskin şüarlar səsləndirmələri və iştirakçıları meydanda qalmağa səsləmələri aksiyanın polis tərəfindən dağıdılması ilə nəticələnib.

Qeyd edək ki, mayın 7-də Rusiyanın yeni seçilmiş prezidenti Vladimir Putinin andiçmə mərasimi olacaq. Kremldə keçiriləcək andiçmə mərasimi ilə əlaqədar Moskvada yüksək təhlükəsizıik tədbirləri görülüb. Paytaxtın küçələrində çoxlu sayda polis əməkdaşıları asayişi qoruyurlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR