Sergey Lavrov: “Rusiya və ABŞ-ın Qəbələ RLS-in informasiyalarından birgə istifadə etməsi məsələsi hazırda müzakirə olunmur”

Sergey Lavrov: “Rusiya və ABŞ-ın Qəbələ RLS-in informasiyalarından birgə istifadə etməsi məsələsi hazırda müzakirə olunmur”
# 03 aprel 2012 16:25 (UTC +04:00)
APA-nın məlumatına görə, bunun Rusiyasının xarici işlər naziri Sergey Lavrov Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən brifinqdə deyib.

S. Lavrov bildirib ki, Qəbələ RLS-dən və stansiyaya daxil olan informasiyalardan birgə istifadə barədə təklif Corc Buş prezident olarkən irəli sürülüb və hazırda müzakirə edilmir.

Bununla belə, o, Rusiyanın Raket Hücumundan Müdafiə məsələləri ilə bağlı ABŞ-la danışıqlar aparmağa hazır olduğunu bildirib: “Biz danışıqlar aparmağa və ən müxtəlif variantları müzakirə etməyə hazırıq. Əsas odur ki, birgə işləmək barədə razılıq əldə olunsun”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR