Azərbaycanda ali məktəblərin boş qalan yerlərinə və orta ixtisas məktəblərinə ixtisas seçimi aparılır

Azərbaycanda ali məktəblərin boş qalan yerlərinə və orta ixtisas məktəblərinə ixtisas seçimi aparılır
# 20 avqust 2012 07:20 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, onlardan 1671-i Azərbaycan, 152-si rus bölməsi üzrədir. I ixtisas qrupu üzrə 443, II qrup üzrə 306, III qrup üzrə 783, IV qrup üzrə isə 291 nəfər ərizəsini təsdiqlədib.

Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci, ali təhsil müəssisələrindəki boş yerlərin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunub.

2012/2013-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinə əsasən, bu il üçün ayrılmış 33918 plan yerinə 31994 abituriyent qəbul olunub, qəbul planı 94% dolub. 2000-dək vakant yer qalıb. Vakant yerlərə ixtisas seçimi avqustun 19-da başlayıb və 23-dək internet vasitəsilə aparılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR